Azərbaycan millisinin futbolçusu 8 oyunluq cəzalandırılıb

A- A A+

Tailandın “Buriram Yunayted” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev 8 oyunluq cəzalandırılıb.

NUHÇIXAN yerli mətbuata istinadən məlumatına görə, buna səbəb onun Asiya Çempionlar Liqasında Çinin “Çjetszyan” klubu ilə keçirilən səfər oyunundan sonra dava-dalaşda iştirak etməsi olub.

Rəqib futbolçu ilə əlbəyaxa olan forvard Asiya Futbol Konfederasiyası tərəfindən diskvalifikasiya edilib. Həmçinin onun iki komanda yoldaşı 6 matçlıq cəza alıb.

Qeyd edək ki, “Buriram Yunayted”in 2:3 hesabı ilə məğlub olduğu qarşılaşmanın ardından hər iki komandanın futbolçuları və məşqçiləri arasında kütləvi dava olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: