“Qarabağ”ın “Hakken”lə oyun ərəfəsində son məşqinin vaxtı açıqlanıb

A- A A+

UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda keçiriləcək “Qarabağ” – “Hakken” (İsveç) oyunundan öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

NUHÇIXAN xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı dekabrın 13-də, saat 13:15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

16:30-da isə “Azərsun Arena”da media nümayəndələri üçün ilk 15 dəqiqəsi açıq olacaq məşq keçiriləcək.

Qonaq komandanın baş məşqçisi Per-Matias Hoqmonun saat 18:15-də başlayacaq mətbuat konfransı mərkəzi arenada reallaşacaq. İsveç təmsilçisi bundan yarım saat sonra oyun ərəfəsində axırıncı məşqinə çıxacaq.

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: