“Ankaragücü” futbol klubunun prezidenti Faruk Koca Türkiyə Superliqasında "Rizəspor"la oyundan sonra meydana çıxaraq qarşılaşmanın baş hakimi Umut Melerin sifətinə zərbələr endirib.
Bu barədə NUHÇIXAN Türkiyə mətbuatına istinadən xəbər verir.
Zərbədən sonra U.Meler qazona yıxılıb və daha bir neçə zərbə alıb. Baş hakimin özü ayağa qalxa bilib. Onun sol gözünün altında qançır yaranıb. O, hakimlər otağında müalicə olunub.
Görüş 1:1 hesabı ilə başa çatıb. “Rizəspor” əlavə edilən 7-ci dəqiqədə hesabı bərabərləşdirib. Hazırda “Ankaragücü” 18 xalla 11-ci yerdədir. “Rizəspor” isə 22 xalla 8-ci pillədə qərarlaşıb.