"Formula 1" 2023 mövsümündə ən yaxşı ötmə əməliyyatını müəyyənləşdirmək üçün səsverməyə başlayıb.
NUHÇIXAN yarışın rəsmi "X" hesabına istinadən xəbər verir ki, 5 pilot namizədlər sırasında yer alıb.
"Aston Martin" pilotu Fernando Alonsonun 3, "Ferrari"dən Şarl Leklerin 2, "Red Bull"dan Serxio Peres, "Haas"dan Kevin Maqnussen, “McLaren” komandasından Lando Norrisin hərəyə 1 ötməsi siyahıda göstərilib.
Alonsonun Azərbaycan Qran-prisində "Ferrari"dən Karlos Saynsı keçməsi də namizədlərdən biridir.
Qeyd edək ki, başa çatan mövsümdə "Red Bull"dan Maks Ferstappen qalib olub. Bakıdakı yarış aprelin 28-30-da gerçəkləşmişdi.