Azərbaycanlı hakim CEV kubokunun oyununa təyinat alıb

A- A A+

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fuad Ağayev CEV kubokunun oyununa təyinat alıb.

NUHÇIXAN xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) turnirin 1/8 final mərhələsinin bir matçını ona həvalə edib.

Fuad Ağayev kişi voleybolçulardan ibarət Türkiyənin “Arkas İzmir” və Çexiyanın “Cez Karlovarsko” klubları arasında baş tutacaq qarşılaşmada birinci hakim olacaq. Matçda ikinci hakim kimi italiyalı Rosselya Piana fəaliyyət göstərəcək.

Atatürk Voleybol Salonunda bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: