“Portu”nun müdafiəçisi Çempionlar Liqasının tarixinə düşüb

A- A A+

Portuqaliyanın “Portu” klubunun müdafiəçisi Pepe UEFA Çempionlar Liqasının ən yaşlı qolçusu kimi tarixə düşüb.

NUHÇIXAN-ın məlumatına görə, o, qrup mərhələsinin VI turunda Ukrayna təmsilçisi “Şaxtyor”la görüşdə fərqlənərək buna nail olub.

Matçın 75-ci dəqiqəsində adını tabloya yazdıran Pepe 40 yaş 290 günündə qitənin ən nüfuzlu klub turnirində qol vurub. Portuqaliya millisinin üzvü həm də meydan oyunçuları arasında turnirin tarixinin ən yaşlı futbolçusudur.

Qeyd edək ki, “Şaxtyor”u 5:3 hesabı ilə məğlub edən “Portu” 1/8 finala yüksəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: