DÇ-2024: Azərbaycanın futzal millisi elit mərhələdə növbəti oyununa çıxacaq

A- A A+

Bu gün futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində növbəti matçına çıxacaq.

NUHÇIXAN xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu kollektiv Bakıda Rumıniya yığmasını qəbul edəcək.

Qarşılaşma saat 20:00-da başlayacaq. A qrupunun digər görüşündə Qazaxıstan Niderlandı 2:0 hesabı ilə üstələyib.

Qazaxıstan 5 oyundan sonra 15 xalla liderdir, Niderland 6 xalla ikincidir. Rumıniya və millimiz isə 3 xalla 3-4-cü pillələri bölüşdürürlər.

Qeyd edək ki, yığmamız dekabrın 20-də Niderlandın qonağı olacaq. Rumıniya isə Qazaxıstanı qəbul edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: