Qadın həndbolçular arasında Azərbaycan çempionatında V tura yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, sonuncu qarşılaşmada "Azəryol" və "Kür" komandaları üz-üzə gəliblər.
Oyun heç-heçə başa çatıb - 30:30.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "Bakı"nı 41:12, “İdman Akademiyası” isə “Gənclər Birliyi”ni 28:20 hesabı ilə üstələyib.