Avropa Liqasının qrup mərhələsində qapıçıların ən yaxşı qurtarışları açıqlanıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə UEFA-nın rəsmi "X" hesabı paylaşım edib.
Burada "Qarabağ"ın qolkiperi Andrey Lunyovun seyvi də yer alıb. Rusiyalı oyunçunun VI turda Bakıda İsveçin "Hakken" klubu ilə oyundakı qurtarışı fərqləndirilib.
Qeyd edək ki, bu qarşılaşma "köhlən atlar"ın 2:1 hesablı qələbəsi ilə bitib. Azərbaycan çempionu pley-offda Portuqaliyanın "Braqa" kollektivi ilə üz-üzə gələcək.