Türkiyədə daha bir futbol hakimi döyülüb, referinin burnu qırılıb

A- A A+

Türkiyədə daha bir futbol hakimi döyülüb.

NUHÇIXAN yerli mətbuata istinadən xəbər verir ki, hadisə Birinci Həvəskar Liqada baş verib.

"Kumçatıspor" klubunun oyunçuları "Cizre Diclespor"la qarşılaşmada hakimlərə, ardından isə rəqib futbolçulara hücum ediblər.

Nəticədə köməkçi hakim Veysel Samsakın burnu qırılıb. Azarkeşlər isə "Cizre Diclespor"un avtobusuna hücum çəkiblər.

Qeyd edək ki, daha əvvəl Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: