"Neftçi” bu gün Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”a qarşı keçirəcəyi oyuna baş məşqçisiz çıxacaq.
NUHÇIXAN-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar”ın çalışdırıcısı Adrian Mutu texniki zonada olmayacaq.
Rumıniyalı mütəxəssis anasının ölümü ilə bağlı ölkəsinə yollanıb.
44 yaşlı məşqçinin anası uzunsürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Qeyd edək ki, “Neftçi”–“Qaradağ Lökbatan” oyunu saat 18:00-da start götürəcək.