UEFA Çempionlar Liqasının qrup mərhələsinin simvolik komandasını açıqlayıb

A- A A+

UEFA-nın rəsmi saytı Çempionlar Liqasının 2023/2024-cü il mövsümünün qrup mərhələsinin ən yaxşı futbolçularının simvolik komandasını təqdim edib.

NUHÇIXAN xəbər verir ki, komandaya İngiltərənin “Arsenal”, Almaniyanın “Borussiya Dortmund” və İspaniyanın “Real Sosyedad” klublarının hər birindən iki futbolçu daxildir. Komandaya həmçinin "Bavariya", "Portu", "Barselona", "Mançester Siti" və "Real Madrid"dən bir oyunçu daxil edilib.

2023/2024 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinin simvolik komandası belədir:

Qapıçı - Qreqor Kobel (“Borussiya” D).

Müdafiəçilər: Joao Kanselo (“Barselona”), Mats Hummels (“Borussiya” Dortmund), Ayen Munos (“Real Sosyedad”).

Yarımmüdafiəçilər: Bukayo Saka (“Arsenal”), Fil Foden (“Mançester Siti”), Cud Bellinqhem (“Real Madrid”), Bris Mendes (“Real Sosyedad”), Venderson Qaleno (“Portu”).

Hücumçular: Harri Keyn (“Bavariya”), Qabriel Jezus (“Arsenal”).

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: