Avropa Liqasında qrup mərhələsinin ən yaxşı qolu müəyyənləşib

A- A A+

UEFA Avropa Liqasında qrup mərhələsinin ən yaxşı qolu müəyyənləşib.

NUHÇIXAN qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Yunanıstanın AEK klubunun futbolçusu Cibril Sidibenin İngiltərə təmsilçisi “Brayton”la görüşdə başla vurduğu qol ən yaxşı seçilib.

Fransalı müdafiəçinin zərbəsi azarkeşlər arasında aparılan səsvermədə hamıdan çox səs toplayıb.

Qrup mərhələsində “Qarabağ”la qarşılaşmada vurduğu qolla namizədlər sırasına düşən Almaniyanın “Bayer 04” klubunun hücumçusu Viktor Bonifeys 7-ci yerə layiq görülüb.

1. Cibril Sidibe (AEK): “Brayton”la oyun - 3:2 (I tur)

2. Pyerr-Emerik Obameyanq (“Marsel”): “Ayaks”la oyun - 4:3 (V tur)

3. Lukas Paketa (“Vest Hem”): “Olimpiakos”la oyun - 1:2 (III tur)

4. Lüdovik Blas (“Renn”): Hayfa “Makkabi”si ilə oyun - 3:0 (I tur)

5. Lorents Assinyon (“Renn”): “Vilyarreal”la oyun - 2:3 (VI tur)

6. Teys Dallinqa (“Tuluza”): “Liverpul”la oyun - 3:2 (IV tur)

7. Viktor Bonifeys (“Bayer”): “Qarabağ”la oyun - 5:1 (III tur)

8. Maqnus Volff-Eykrem (“Molde”): “Hakken”lə oyun - 5:1 (III tur)

9. Lukas Paketa (“Vest Hem”): “Frayburq”la oyun - 2:1 (II tur)

10. Santi Komesana (“Vilyarreal”): “Panatinaikos”la oyun - 3:2 (V tur)

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: