UEFA Xankəndidəki tarixi oyundan paylaşım edib

A- A A+

UEFA Avropa Liqasının rəsmi instaqram səhifəsində "Qarabağ"ın Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndidə MOİK-ə qarşı keçirdiyi oyundan paylaşım edib.

NUHÇIXAN xəbər verir ki, paylaşımda Ağdam təmsilçisinin qələbə topunun müəllifi olan hücumçu Nəriman Axundzadə və komanda yoldaşlarının qol sevincini əks etdirən fotolar yer alıb.

Rəqibinə 1:0 hesabı ilə qalib gələn “köhlən atlar” 1/4 finalda “Sabah” klubuna rəqib olublar.

Qeyd edək ki, bu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: