“Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu təxirə salınıb - YENİLƏNİB

A- A A+

Azərbaycan Premyer Liqasının XVIII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu təxirə salınıb.

Bu barədə NUHÇIXAN-a Peşəkar Futbol Liqasından məlumat verilib.

Buna səbəb 81-ci dəqiqədə matçın keçirildiyi Tovuz şəhər stadionunda işıq dirəklərindən birinin aşması olub. Güclü külək nəticəsində projektor qırıldığından, baş hakim Rəvan Həmzəzadə son dəqiqələrin oynanılmamasını qərara alıb. Dekabrın 24-də keçiriləcək görüşün qalan hissəsi saat 12:00-da başlayacaq.

Qeyd edək ki, oyun dayandırılarkən “Turan Tovuz” hesabda 2:1 öndə olub. Meydan sahiblərindən 5-ci dəqiqədə Xəyal Nəcəfov, 16 dəqiqədə penaltidən Bruno Qonçalves, qonaqlardan isə 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən İsmail Azzaui fərqləniblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: