Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.
NUHÇIXAN-ın məlumatına görə, "Neftçi" doğma meydanda "Kəpəz"i qəbul edib.
Qarşılaşma "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisinin qollarını 8-ci dəqiqədə Azər Salahlı, 71-ci dəqiqədə Andre Şinyaşiki vurub.
Qələbə sayəsində xallarının sayını 28-ə çatdıran "Neftçi" üçüncü pilləyə yüksəlib. Gəncə klubu 14 xalla 9-cu sıradadır.
Qeyd edək ki, bu gün turun sonuncu görüşündə "Zirə" "Qarabağ"ı qəbul edəcək. Əvvəlki matçlarda "Turan Tovuz" "Araz Naxçıvan"ı (3:1), "Sumqayıt" "Səbail"i (1:0), "Qəbələ" isə "Sabah"ı (1:0) məğlub edib.