“Araz-Naxçıvan”ın qış hazırlıq planı məlum olub.
NUHÇIXAN klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda gələn il yanvarın 5-də bir araya gələcək.
Hazırlığın birinci mərhələsi Bakıda həyata keçiriləcək. Yanvarın 10-da “qırmızı-ağlar” yeni ildə ilk matça çıxacaqlar. Yoldaşlıq oyununda rəqib “Zirə” olacaq. Ertəsi gün istirahət edəcək komanda yanvarın 12-də Qələbədə ikinci mərhələyə start verəcək.
Yanvarın 15-də Qəbələdə Premyer Liqa klublarından biri ilə qarşılaşacaq “Araz-Naxçıvan” matçdan sonra Bakıya dönəcək. Bu dəfə 2 gün istirahət edəcək futbolçular yanvarın 18-dən etibarən Premyer Liqanın XIX turunda “Qarabağ”la baş tutacaq matça hazırlaşacaqlar.