Türkiyə millisinin və "Qalatasaray" klubunun sabiq baş məşqçisi Fatih Terim karyerasını Yunanıstanda davam etdirə bilər.
NUHÇIXAN xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu rəsmi "X" hesabında bildirib.
Onun sözlərinə görə, təcrübəli mütəxəssis “Panatinaikos”la anlaşmağa çox yaxındır.
Qeyd edək ki, Fatih Terim son olaraq 2017-2022-ci illərdə "Qalatasaray"ın "sükanı arxasında" olub.