"Sumqayıt"ın Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında yoxlama oyunları keçirəcəyi rəqiblərin adına aydınlıq gəlib.
NUHÇIXAN xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisindən verilən məlumata görə, komanda yanvarın 12-də Rumıniyanın "Hermanştadt", 16-da isə Özbəkistanın "Soqdiana" klubları ilə qarşılaşacaq.
Qeyd edək ki, "Sumqayıt"ın hazırlıq prosesi yanvarın 6-17-si aralığında gerçəkləşəcək