Ölkə çempionatında Naxçıvanı təmsil edəcək 10 şahmatçının adı məlum olub

A- A A+

Ölkə çempionatında Naxçıvanı təmsil edəcək 10 şahmatçının adı məlum olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş məktəbli oğlan və qızlar arasında şahmat üzrə muxtar respublika birinciliyi başa çatıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Şahmat Federasiyasının (NŞF) birgə təşkil etdiyi yarışda 130 şahmatçı arasından əsas vəzifənin öhdəsindən gələn 10 şahmatçı bəlli olub. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.

Anar Əsgərov, Ayşən Abdulla (8 yaş), Bəxtiyar Cəfərli, Lətifə Haqverdiyeva (10 yaş), Davud Mikayılov, Ayla Zamanlı (12 yaş), Mirsaleh Seyidli, Nigar Qənbərli (14 yaş), Zaur Babayev və Fatimə Yusifli (16) öz yaş qrupunun qalibi kimi NŞF-nin dəstəyi ilə Azərbaycan çempionatının yarımfinal mərhələsində iştirak etmək şansı qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: