PSJ-nin yarımmüdafiəçisi Adrien Rabiot klubla müqaviləni yeniləməkdən imtina edib

A- A A+

Fransanın “Paris Sen-Jermen” futbol klubunun yarımmüdafiəçisi Adrien Rabiot yay transferi pəncərəsində İspaniyanın “Barselona” klubuna keçə bilər.

NUHÇIXAN “El Mundo Deportivo”ya istinadla xəbər verir ki, 23 yaşlı fransız oyunçu parislilərlə yeni müqavilə imzalamaqdan imtina edib və buna görə, əsas heyətdən çıxarılıb. Rabio artıq “Barselona” ilə danışıqlar aparıb. İspanlar yanvarda müqaviləni elan edəcəklər. Lakin transfer iyunda baş tutacaq.

Qeyd edək ki, yarımmüdafiəçi İtalyanın “Yuventus” klubunun da maraq dairəsindədir. Lakin fransız futbolçu karyerasını “Barselona”da davam etdirmək istəyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: