İngiltərə Premyer Liqasında 2023-cü ilin rəmzi komandası müəyyənləşib.
NUHÇIXAN ESPN nəşrinə istinadən xəbər verir ki, “Mançester Siti” və “Arsenal” “11-lik”də daha çox futbolçu ilə təmsil olunub.
Adı çəkilən komandaların hərəyə 3 üzvü heyətə düşüb. Əvəzində “Mançester Yunayted”dən heç kim buna layiq görülməyib.
Premyer Liqada ilin rəmzi komandası:
Qapıçı: Emiliano Martines (“Aston Villa”)
Müdafiəçilər: Kayl Uoker (“Mançester Siti”), Uilyam Saliba (“Arsenal”), Ezri Konsa (“Aston Villa”), Den Bern (“Nyukasl”)
Yarımmüdafiəçilər: Rodri (“Mançester Siti”), Deklan Rays, Martin Edeqor (hər ikisi “Arsenal”)
Hücumçular: Məhəmməd Salah (“Liverpul”), Erlinq Holann (“Mançester Siti”), Xın Min Son (“Tottenhem”)