Kərim Benzema Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandasının son iki məşqini buraxıb.
NUHÇIXAN AS nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu bu gün "Əl-Tai" ilə çempionat oyununda meydana çıxmayacaq.
Fransalı forvard "Əl-İttihad"ın məskunlaşdığı Ciddə şəhərini də tərk edib. Onun niyə bu addımı atdığı açıqlanmayıb. Benzemanın klub rəhbərliyi ilə münaqişə yaşaya biləcəyi vurğulanıb.
Qeyd edək ki, futbolçu "Əl-Nəsr"ə 2:5 hesablı məğlubiyyətdən sonra sosial şəbəkə hesabını silib.