FIFA “Barselona”nı 2025-ci ildə ABŞ-də yenilənmiş formatda keçiriləcək klublararası dünya kubokuna dəvət etmək niyyətində deyil.
NUHÇIXAN xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.
Bildirilib ki, La Liqa 2025-ci il sözügedən turnirdə yalnız iki komanda ilə təmsil oluna bildiyindən və “Real Madrid”in artıq 2021/2022 mövsümünün Çempionlar Liqasının qalibi kimi ora çağırıldığından La Liqadan daha bir komanda çempionata qatıla bilər.
Lakin qurumla Kataloniya klubu arasında münasibətlərdə gərginlik olduğu üçün FIFA-nın “Barselona”nı turnirə dəvət etməyəcəyi vurğulanıb. Bu gərginliyə səbəb “Barselona” rəhbərliyinin Superliqa yaradılması layihəsini dəstəkləməsi ilə bağlı ola bilər.
Xatırladaq ki, klublararası dünya kubokunun yenilənmiş variantında 32 komanda iştirak edəcək: Avropadan 12, Cənubi Amerikadan altı, Afrika, Asiya və Şimali, Mərkəzi Amerika və Karib hövzəsindən (CONCACAF) dörd, Okeaniyadan isə bir klub təmsil olunacaq. Turnir ABŞ-də keçiriləcək.