“Arsenal” Premyer Liqada birincilik şansını əldən verib

A- A A+

İngiltərə Premyer Liqasının 20-ci turunda "Fulhem" və "Arsenal" komandalarının qarşılaşması baş tutub.

NUHÇIXAN-ın məlumatına görə, komandalar Londondakı "Kreyven Kottec" stadionunda çıxış ediblər. Görüşün baş hakimi qismində Coşua Smit çıxış edib.

"Fulhem" "Arsenal"ı 2:1 hesabı ilə məğlub edib.

İlk hissənin beşinci dəqiqəsində Bukayo Saka matçda hesabı açaraq “Arsenal”ı önə çıxarıb. Birinci hissənin ortalarında, 29-cu dəqiqədə “Fulhem”in hücumçusu Raul Ximenez hesabı bərabərləşdirib. 59-cu dəqiqədə isə Bobbi de Kordova-Rid “Fulhem”i hesabda irəli çıxarıb. De Kordova-Ridin qolu bu görüşdə sonuncu olub və qarşılaşma elə bu hesabla da bitib - 2:1.

Matçın nəticəsindən sonra “Fulhem” 24 xal toplayıb və Premyer Liqanın turnir cədvəlində 13-cü pilləyə yüksəlib. Öz növbəsində “Arsenal” 40 xal qazanaraq dördüncü pillədə qalıb. Beləliklə, “topçular” 2023-cü ili Premyer Liqa cədvəlində birinci yerdə başa vurmaq fürsətini əldən veriblər. Belə ki, hazırkı lider “Liverpul”un 42 xalı var

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: