Arda Turana 16 oyunluq cəza verilib

A- A A+

Türkiyəli məşhur futbolçu, “Barselona” klubundan icarə əsasında İstanbulun “Başakşəhər” komandasına transfer olunan Arda Turan Super Liqanın 32-ci turunda “Sivasspor” ilə ev oyununda hakimi təhdid etdiyi üçün ciddi cəzalandırılıb.

NUHÇIXAN xəbər verir ki, Türkiyə Futbol Federasiyasının intizam komitəsi mayın 4-də oynanılmış qarşılaşmadakı insidentlə əlaqədar Arda Turana 16 oyunluq cəza verildiyini açıqlayıb.

Hadisə ölkə çempionatının 32-ci turunda “Sivasspor” ilə oyun zamanı baş verib. Qarşılaşmanın əsas vaxtına əlavə edilmiş hissənin sonuncu - 94-cü dəqiqəsində Arda Turan yan hakimin qərarına etirazını bildirib və onu itələyib. Nəticədə baş hakim ona qırmızı vərəqə göstərib. Bu qərardan sonra Arda Turan baş hakimə yumruğunu göstərərək onu hədələyib.

“Başakşəhər” klubunun prezidenti Göksel Gümüşdağ qərarla bağlı açıqlamasında klub rəhbərliyinin də futbolçunu cəzalandıracağını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: