Yanvarın 4-də Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışına start verəcək "Neftçi"nin yoxlama oyununda üz-üzə gələcəyi komandalardan biri dəqiqləşib.
NUHÇIXAN "Lapsi.al" nəşrinə istinadən xəbər verir ki, "ağ-qaralar" Albaniyanın "Partizani" kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma yanvarın 9-da gerçəkləşəcək.
Qeyd edək ki, "Neftçi"nin hazırlıq prosesi yanvarın 14-dək davam edəcək. Paytaxt təmsilçisi bu ölkədə iki yoxlama matçı keçirməyi planlaşdırır.