“Qarabağ” mövsümün ikinci yarısının hazırlığına start verir

A- A A+

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün ikinci yarısının hazırlığına start verir.

 NUHÇIXAN xəbər verir ki, Ağdam klubundan  verilən məlumata görə, XVIII turun “Zirə” ilə oyunundan sonra istirahətə buraxılan komanda bu gün Bakıda bir araya gələcək.

Qış təlim-məşq toplanışı paytaxtda baş tutacaq. Hazırlıq çərçivəsində bir yoxlama görüşü nəzərdə tutulub. “Köhlən atlar” yanvarın 15-də “Zirə” ilə qarşılaşacaqlar.

Qeyd edək ki, Premyer Liqanın XIX turunun matçları yanvarın 21-23-də keçiriləcək. 41 xalla turnir cədvəlinə başçılıq edən “Qarabağ” doğma meydanda “Araz-Naxçıvan”ı sınağa çəkəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: