Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo əfsanəvi Dieqo Maradonanın adını daşıyan mükafata layiq görülüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “euro-futbol.ru” portalı məlumat yayıb.
Forvard mükafatı 2023-cü il təqvim ilinin bombardiri kimi alacaq. 38 yaşlı portuqaliyalı 54 qola imza atıb. Ondan sonra hərəyə 52 qol vuran PSJ-nin hücumçusu Kilian Mbappe və "Bavariya"nın hücumçusu Harri Keyn gəlir.
Ronaldo mükafatı yanvarın 19-da Dubayda keçiriləcək “Globe Soccer Awards” mərasimində alacaq. O, beşqat “Qızıl top”un sahibidir.