İngiltərənin "Brentford" klubu futbolçusu Ayvan Toninin satışından 100 milyon funt sterlinq qazanmağı hədəfləyib.
NUHÇIXAN-ın "Sky Sports"a istinadən məlumatına görə, klub rəhbərliyi göstərilən məbləğdən aşağı təklifləri qəbul etmək niyyətində deyil.
27 yaşlı hücumçu ilə "Çelsi" və "Arsenal" komandaları maraqlanır.
Toni 2023-cü ilin mayında qeyri-qanuni idman mərc oyunları oynadığına görə 8 ay futboldan kənarlaşdırılıb. Günahını etiraf edən İngiltərə millisinin üzvü 2024-cü il yanvarın 16-dək diskvalifikasiya olunub.
Forvard 2022/23 mövsümündə bütün yarışlarda "Brentford"un heyətində 35 oyunda 21 qol vurub və 5 məhsuldar ötürmə verib. "Transfermarkt" portalı futbolçunun dəyərini 30 milyon funt sterlinq qiymətləndirib.