Millinin üzvü: İnanıram ki, həndbol Azərbaycanda gələcək illərdə daha da populyarlaşacaq

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında qadın həndbolçulardan ibarət Azərbaycan millisinin və "Kür"ün oyunçusu Səkinə Musayeva deyib.

Təcrübəli həndbolçu bu il maksimum dərəcədə daha az səhv etmək istədiklərini bildirib: "Ötən illə müqayisədə daha çox çalışıb nəticə qazanmaq istəyirik. Komanda olaraq öz üzərimizdə işləyəcəyik. Bu il daha güclü olmaq istəyirik. Məncə, hədəflərimizə çatacağıq".

Onun sözlərinə görə, həndbola maraq son illərdə daha da artıb: "Çox şadam ki, Azərbaycanda insanlar həndbolu sevməyə başlayıb. Mən uşaq olarkən bu cür istək yox idi. Əvvəllər həqiqətən də bu idman növündə böyük oyunçularımız olub. Hər şeydən əvvəl məktəb olmalıdır. İnanıram ki, həndbol Azərbaycanda gələcək illərdə daha da populyarlaşacaq".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: