Bakıda idman kapoeyrası üzrə dünya çempionatına start verilib

A- A A+

Mayın 11-də Bakı İdman Sarayında idman kapoeyrası üzrə dünya çempionatına start verilib.

NUHÇIXAN xəbər verir ki, Ümumdünya Kapoeyra Federasiyasının (WCF), Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı ilə keçirilən yarış Azərbaycanın Braziliyadakı və Braziliyanın Azərbaycandakı səfirlikləri tərəfindən dəstəklənir.

Dünya çempionatında 40-dan çox ölkədən idmançılar iştirak edirlər. Yarışa, həmçinin dünyanın 12 ən iri kapoeyra qrupu və onların qrand masterləri də qatılıb.

Azərbaycan çempionatda müxtəlif yaş kateqoriyaları üzrə 25 idmançı ilə təmsil olunur.

Yarışın ilk günündə azyaşlılar və yeniyetmələr bacarıqlarını nümayiş etdiriblər.

Çempionata mayın 12-də yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: