Azərbaycan atleti Anna Yusupova Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dubay marafonunda qüvvəsini sınayıb.
Azərbaycan Atletika Federasiyasından (AFF) NUHÇIXAN-a verilən məlumata görə, finişə 2 saat 42 dəqiqə 32 saniyəyə çatan idmançı 12-ci yeri tutub.
O, mükafatçılar sırasına düşə bilməsə də, qadınlar arasında marafon qaçışı üzrə yeni Azərbaycan rekorduna imza atıb.