Futbol üzrə İngiltərə Liqa Kubokunun yarımfinal oyunlarında Video Köməkçi Hakim (VAR) sistemindən istifadə edilməyəcək.
NUHÇIXAN “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, buna "Midlsbro"nun stadionunda sözügedən sistemin olmaması səbəb göstərilib.
Turnirin reqlamentinə əsasən, bütün yarımfinal matçları VAR olmadan baş tutacaq.
Qeyd edək ki, finala gedən yolda "Çelsi" "Midlsbro" ilə, "Liverpul" "Fulhem"lə üz-üzə gələcək. Komandalar bir-birinə qarşı evdə və səfərdə iki oyun keçirəcəklər. İlk qarşılaşmalar 9-10 yanvarda, cavab görüşləri 23-24 yanvarda gerçəkləşəcək.