Muxtariyyətin 100-cü ildönümünə həsr olunmuş beynəlxalq reytinqli turnir keçiriləcək

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, sabah Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş beynəlxalq reytinqli şahmat turnirə start veriləcək. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təqviminə daxil olan yarışa 60-dan çox şahmatçı qeydiyyatdan keçib.

Azərbaycan Şahmat Federasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri  və Naxçıvan Şahmat Federasiyasının birgə təşkil etdiyi yarışın ilk turuna sabah 15:00-da start veriləcək. Turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Yarışın baş hakimi beynəlxalq dərəcəli hakim, qadınlardan ibarət milli komandamızın baş məşqçisi Fikrət Sideifzadədir.

İlk üç yerin sahibləri və müxtəlif nominasiyaların qaliblərinə diplom və pul mükafatı təqdim olunacaq. Yekun nəticələr beynəlxalq reytinq hesablamaları üçün FIDE-yə göndəriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: