Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrin ən çox oyun keçirən futbolçularının reytinq cədvəlini yeniləyib.
NUHÇIXAN xəbər verir ki, 21 oyunçunun yer aldığı siyahıya Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu başçılıq edir. 39 yaşlı forvard həm milli, həm klub səviyyəsində 1204 matç keçirib. Bununla da ulduz futbolçu bu rəqəmə çatan ilk oyunçu olub.
Braziliyalı Fabio (1156) ikinci, onun həmyerlisi Dani Alveş (1056) isə üçüncü pillədə qərarlaşıb.
Ən çox oyun keçirən futbolçuların siyahısı:
1. Kriştianu Ronaldu (Portuqaliya) – 1204 oyun
2. Fabio (Braziliya) – 1156 oyun
3. Dani Alveş (Braziliya) – 1056 oyun
4. Lionel Messi (Argentina) – 1047 oyun
5. Luka Modriç (Xorvatiya) – 1010 oyun
6. Joau Moutinyu (Portuqaliya) – 997 oyun
7. İker Kasilyas (İspaniya) – 974 oyun
8. Serxio Ramos (İspaniya) – 974 oyun
9. Zlatan İbrahimoviç (İsveç) – 953 oyun
10. Andres İnyesta (İspaniya) – 949 oyun
11. Yasuhito Endo (Yaponiya) – 944 oyun
12. Edin Ceko (Bosniya və Herseqovina) – 940 oyun
13. Luis Suares (Uruqvay) – 938 oyun
14. Xavi Ernandes (İspaniya) – 937 oyun
15. Ceyms Milner (İngiltərə) – 929 oyun
16. Pepe Reyna (İspaniya) – 926 oyun
17. İvan Rakitiç (Xorvatiya) – 920 oyun
18. Aleksis Sançes (Çili) – 920 oyun
19. Kərim Benzema (Fransa) – 917 oyun
20. Rocerio Seni (Braziliya) – 905 oyun
21. Xesus Navas (İspaniya) – 904 oyun