“Araz-Naxçıvan” “Sabah”ın futbolçusu İldar Alekperovu heyətinə qatıb.
NUHÇIXAN-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, 23 yaşlı hücumçu icarəyə götürülüb.
Hər iki cinahda və hücumda oynamaq keyfiyyətinə malik 23 yaşlı futbolçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın heyətində yer alacaq. O, Naxçıvan komandasında 17 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında ilk yarıdan sonra 26 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.