İspaniya Superkubokunun ilk finalçısı “Real Madrid” olub

A- A A+

İspaniya Superkubokunun ilk finalçısı bəlli olub.

NUHÇIXAN xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yarımfinal mərhələsinin ilk cütündə “Real Madrid”lə “Atletiko Madrid” üz-üzə gəlib.

Əsas vaxtı 3:3 hesabı ilə bitən matçda əlavə vaxt oynanılıb.

Oyunda hesabı 6-cı dəqiqədə Mario Hermoso açıb. Antonio Rüdiger 20-ci dəqiqədə hesabı bərabərləşdirib. 29-cu dəqiqədə Ferland Mendi “Kral klubu”nu hesabda önə çıxardıb. Lakin Antuan Qrizman 37-ci dəqiqədə tablodakı rəqəmləri eyniləşdirib. 78-ci dəqiqədə Antonio Rüdiger avtoqol müəllifi olub. Ruhdan düşməyən Karlo Ançelottinin komandası 85-ci dəqiqədə Daniel Karvaxalla hesabı yenidən bərabərləşdirib.

Matçın 116-cı dəqiqəsində Stefan Saviç avtoqol müəllifi olub. 122-ci dəqiqədə isə Brahim Diaz yekun hesabı təyin edib.

Beləliklə, rəqibini 5:3 hesabı ilə məğlub edən “Real Madrid” İspaniya Superkubokunun finalına vəsiqə qazanıb.

Qeyd edək ki, yarımfinalın növbəti qarşılaşması “Barselona” ilə “Osasuna” arasında olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: