"Qarabağ" klubunun futbolçusu Leandro Andrade karyerasını Çində davam etdirə bilər.
NUHÇIXAN Portuqaliyanın "Record" nəşrinə istinadən xəbər verir ki, "Şanxay Şenxua" 24 yaşlı yarımmüdafiəçini transfer etməyə çalışır.
Hətta Çin təmsilçisinin Kabo Verdedən olan oyunçunun keçidi ilə bağlı danışıqlar apardığı da iddia olunub.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubu ilə üz-üzə gələcək.