“Qarabağ” Leandro Andradenin Çin klubundan təklif aldığını təsdiqləyib

A- A A+

“Qarabağ”ın futbolçusu Leandro Andrade Çinin “Şanxay Şenxua” klubundan təklif alıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin idman direktoru Əmrah Çəlikəl məlumat verib. Funksionerin sözlərinə görə, 24 yaşlı yarımmüdafiəçiyə Asiya klubu ilə yanaşı, digər ölkələrdən də təkliflər var.

Ə. Çəlikəl bildirib ki, “Qarabağ”ın digər futbolçularına da qış fasiləsində təkliflər olub: “Lakin heç bir klubla rəsmi danışıqlar aparılmayıb”.

Qeyd edək ki, Leandro Andrade 2022-ci ilin yanvarından “Qarabağ”da çıxış edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: