Türkiyənin tanınmış müğənnisi: “Qalatasaray” – “Fənərbağça” oyunu Qarabağda keçirilsin

A- A A+

Türkiyənin tanınmış müğənnisi Sinan Akçıl Superkubok uğrunda “Qalatasaray” və “Fənərbağça” klubları arasında oynanılacaq matçın Qarabağda keçirilməsini təklif edib.

NUHÇIXAN xəbər verir ki, 41 yaşlı sənət adamı bu barədə Türkiyənin “Haber Global” televiziyasında yayımlanan verilişdə deyib.

O bildirib ki, qarşılaşma ölkə xaricində oynanılacaqsa, ən yaxşı variant Qarabağdır: “Düşünürəm ki, “Qalatasaray” - “Fənərbağça” görüşü orada böyük marağa səbəb olacaq. Bu məsələ müzakirə olunmalıdır”.

Verilişin aparıcısı Buket Aydın da müğənninin təklifinə dəstək verib.

Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində oynanılmalı olan Superkubok matçı təşkilatçılıqla bağlı bəzi çatışmazlıqlar səbəbindən təxirə salınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: