Azərbaycan “Paris-2024” Yay Paralimpiya Oyunlarına daha üç lisenziya qazanıb

A- A A+

Azərbaycanın üç parataekvondoçusu “Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

NUHÇIXAN xəbər verir ki, Federasiyadan  verilən məlumata görə, bununla bağlı Dünya Taekvondosu quruma rəsmi məktub göndərib.

Sabir Zeynalov (58 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram) və Əbülfəz Abuzərli (80 kiloqram) reytinq cədvəlinə əsasən Paralimpiadaya vəsiqə əldə ediblər. Onların hər üçünün qarşıdakı yarışların nəticəsindən asılı olmayaq, ilk “altılıq”da yer alacağı rəsmiləşib.

Parataekvondoçular Fransa paytaxtında K-44 kateqoriyasında mübarizə aparacaqlar.

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək Fransada keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: