“Araz-Naxçıvan”ın zədəli futbolçularının durumuna aydınlıq gəlib

A- A A+

“Araz-Naxçıvan”ın zədəli futbolçularının durumuna aydınlıq gəlib.

NUHÇIXAN Premyer Liqa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Azər Bağırov iki aparıcı oyunçunun Bakıda kollektivə qoşulacağını bildirib.

Bunlar belçikalı yarımmüdafiəçi İsmail Azzaui və hücumçu Orxan Əliyevdir. Onlar qış təlim-məşq toplanışının Qəbələ mərhələsində kollektivdən ayrı olublar: “Əliyev və Azzaui Bakıda komandaya qoşulacaqlar və rəsmi oyunlara qədər tam hazır olacaqlar”.

Azər Bağırov Qəbələdə şəhərin eyniadlı komandasına 0:2 hesabı ilə məğlub olduqları yoxlama görüşü barədə də fikirlərini bölüşüb: “Hazırlıq prosesi istədiyimiz kimi keçdi, plana uyğun toplanışı başa vurduq. Nəyi planlaşdırmışdıqsa, oyunda yerinə yetirdik. Hər hissədə fərqli heyətlə çıxış etdik. Bütün futbolçulara şans verdik, onlar da tapşırıqları yerinə yetirməyə çalışdılar. Bir sözlə, nəticədən asılı olmayaraq, faydalı toplanış və oyun oldu. Ən əsası matçı zədəsiz başa vurduq”.

Qeyd edək ki, “Araz-Naxçıvan” Premyer Liqanın XIX turunda yanvarın 23-də “Qarabağ”la qarşılaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: