"Araz-Naxçıvan" klubu heyətini daha bir futzalçı ilə gücləndirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Ölkə çempionu braziliyalı Dioqo Auqusto ilə anlaşıb. Oyunçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın uğuru üçün çalışacaq.
Qeyd edək ki, 24 yaşlı futzalçı ölkəsində “Taboao da Serra” və “San Paulu” klubunda çıxış edib. “Araz-Naxçıvan” bunadək Miloş Todoriç, Həsənəli Rəhimov və Andre Korrea dos Santos Juniorla anlaşıb.