Bakı İdman Sarayında futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin püşkü atılıb.
Azərbaycan Futzal Federasiyasından (AFF) NUHÇIXAN-a verilən məlumata görə, Yüksək Liqanın 6, I Liqanın 10 komandasının mübarizə aparacağı yarışda qalib bir oyunda müəyyənləşəcək.
Əgər əsas vaxt heç-heçə başa çatarsa, komandalar hər biri 5 dəqiqədən ibarət iki hissədə oyunu davam etdirəcəklər. Bu dəfə də üstünlük əldə olunmasa, penaltilər seriyasına yer veriləcək. Hər komanda 5 penalti vurmaq imkanı qazanacaq.
Bu mərhələnin oyunları fevralın 10-11-də, final oyunu isə mayın 7-də keçiriləcək.
1/8 final
“Baku Fire” – “Dalğa”
“Araz-Naxçıvan” – “Record club”
PFL – “Metropoliten”
“Neftçi” İK – “Timsport”
“STAR kargo” – “Yasamal Bakı”
“Trabzon Azərbaycan” – “Bakı”
“Xan-Lənkəran”– “Baku Fire-2”
“Dəstə Ordubad” – U-19
1/4 final
“Baku Fire” – “Dalğa” // “Dəstə Ordubad” – U-19
“Araz-Naxçıvan” – “Record club” // “Xan-Lənkəran” – “Baku Fire-2”
PFL – “Metropoliten” // “Trabzon Azərbaycan” – “Bakı”
“Neftçi” İK – “Timsport” // “STAR kargo” – “Yasamal Bakı”
1/2 final
“Baku Fire” – “Dalğa” // “Dəstə Ordubad” – U-19 // “Neftçi” İK – “Timsport”// “STAR kargo” – “Yasamal Bakı”
“Araz-Naxçıvan” – “Record club” // “Xan-Lənkəran” – “Baku Fire-2” // PFL – “Metropoliten” // “Trabzon Azərbaycan” – “Bakı”