ABŞ-nin "İnter Mayami" klubunun argentinalı ulduz futbolçusu Lionel Messi həmyerlisi Aqustin Palavesinonun transfer olunmasını istəyib.
NUHÇIXAN "Fichajes" nəşrinə istinadən xəbər verir ki, MLS təmsilçisi 27 yaşlı yarımmüdafiəçi üçün onun müqavilə ilə məxsus olduğu "River Pleyt"ə rəsmi təklif göndərib.
Argentina klubu hələlik qarşı tərəfə cavab verməyib.
Qeyd edək ki, Palavesino ötən mövsüm Argentina çempionatında 21 oyun keçirib və 1 qol vurub.