Futbol üzrə İtaliya Superkubokunun ilk finalçısı müəyyənləşib.
NUHÇIXAN xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda oynanılan ilk yarımfinal matçında “Napoli” “Fiorentina”nı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. “Napoli”nin heyətində Simeone və Zerbin (dubl) fərqləniblər.
Bu gün keçiriləcək ikinci yarımfinal qarşılaşmasında isə “İnter” “Latsio” ilə qarşılaşacaq.