Joze Mourinyo Səudiyyə Ərəbistanı klubu ilə razılığa gəlib.
NUHÇIXAN xəbər verir ki, bu barədə yerli “Asharq Al-Awsat” nəşri məlumat yayıb.
Bildirilib ki, portuqaliyalı mütəxəssis “Əl-Şabab” klubu ilə şifahi anlaşma əldə edib. Klub rəsmiləri məlumatı təsdiqləyiblər. Mourinyonun bir neçə gün ərzində Ər-Riyada yollanacağı gözlənilir. “Əl-Şabab” Səudiyyə Ərəbistanı çempionatında 19 turdan sonra 21 xalla 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Joze Mourinyo bir neçə gün əvvəl İtaliya klubu “Roma”dan istefaya göndərilib.