“Araz-Naxçıvan” legioneri ilə yollarını ayırmaq istəyir

A- A A+

Maddi problemlər yaşayan “Araz-Naxçıvan” bir legioneri ilə yollarını ayırmaq istəyir.

NUHÇIXAN-ın əldə etdiyi məlumata görə, Premyer Liqa təmsilçisi yarımmüdafiəçi Aksel Nqandonun gedişində maraqlıdır.

Lakin fransalı yarımmüdafiəçinin müqavilə müddətinin davam etməsi elita klubunu çətin duruma salıb. “Araz-Naxçıvan” rəhbərliyi 30 yaşlı pleymeykerdən özünə komanda tapmasını istəyib. Ancaq Nqando başqa təklifinin olmadığını əsas gətirərək, ayrılmağı düşünmədiyini bildirib.

Qeyd edək ki, 2023-cü ilin yayında ölkəsinin “Qrenobl” klubundan “Araz-Naxçıvan”a keçən Aksel Nqandonun sözləşmə müddəti mövsümün sonuna qədərdir. O, Premyer Liqanın 9 oyununda ümumilikdə 379 dəqiqə meydançada olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: