Futbol üzrə Türkiyə Süperliqasında XXI tura start verilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, açılış oyununda “Kasımpaşa” Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor”u qəbul edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Klaudio Vink, Nunu da Koşta və Mamadu Fall vurublar. Matça ehtiyatda başlayan R.Dadaşov 70-ci dəqiqədə meydana daxil olub.

Bu nəticədən sonra Hatay təmsilçisi 21 xalla 14-cü sırada qərarlaşıb. 29 xalı olan “Kasımpaşa” isə doqquzuncudur.

Qeyd edək ki, “Hatayspor” son 13 oyunda cəmi bir qələbə qazanıb. Komanda XII turda “Qalatasaray”ı 2:1 hesabı ilə məğlub edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: